17:15 15 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
SİYASƏT
Qısa URL
14 0 0

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikasının Prezidenti Emomali Rahmon tərəfindən qəbul edilib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikasının Prezidenti Emomali Rahmon tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasında mövcud olan ikitərəfli münasibətlərin hərtərəfli inkişafına dair məsələlər müzakirə olunub.

Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkənin son illər ərzində keçdiyi inkişaf yolunu xüsusi olaraq vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib.

Tacikistan Prezidenti Azərbaycanın COVID-19 ilə mübarizədə Tacikistana göstərdiyi yardımı yüksək qiymətləndirərək, pandemiya müddətində Azərbaycanın Tacikistan mallarının tranzit daşımaları üçün xüsusi şərait yaratdığını vurğulayıb və bununla əlaqədar Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Nazir Ceyhun Bayramov qəbula görə Tacikistan Prezidentinə təşəkkürünü bildirib və Azərbaycan Respublikası Prezidentinin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırıb. Nazir bölgədə olan cari vəziyyət, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş dağıntılar, Azərbaycanın tarixi və mədəni irsinə vurulmuş ziyan, habelə bu ərazilərin yenidən qurulması və bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verib.

Əsas mövzular