SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycansayağı siyasi həmrəylik: Qoşulanlar qoşulmayanları "özünü təcrid etmiş" sayırlar

© REUTERS / ERIC THAYERЧиновник, фото из архива
Чиновник, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
Tahir Kərimli: “Dialoqa, birliyə qoşulmayanlar özlərini təcrid edirlər və həmin qüvvələr cəmiyyətdəki sosial bazalarını xeyli dərəcədə itiriblər”

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 17 mart — Sputnik. Martın 17-də Azərbaycan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi siyasi partiya sədrlərinin işğaldan azad edilmiş Ağdam rayonuna səfərini təşkil edib. Bundan əvvəl, ötən həftə media, QHT rəhbərləri və sosial media fəallarının təmsil olunduğu böyük bir heyət işğaldan azad edilmiş Ağdama səfər etmişdi.

Bəs ölkənin siyasi səhnəsində təmsil olunan partiya sədrləri hökumət tərəfindən belə səfərlərin təşkil olunmasını necə qiymətləndirir? Sputnik Azərbaycan mövzu ilə bağlı Vəhdət Partiyasının sədri Tahir Kərimlinin, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin fikirlərini öyrənib.

Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, belə səfərlərin təşkil edilməsi vacibdir:

“Əvvəla onu deyim ki, siyasi dialoqun mövcud olduğu şəraitdə belə səfərlərin təşkili siyasi rəngi dəyişir, incikliyi aradan qaldırır. Eyni zamanda bu, cəmiyyətin və dövlətin inkişafı üçün faydalıdır. Ölkəmizdə 50-dən çox siyasi partiya mövcuddur. Bunlar arasında ideoloji fərqlər ola bilər, ancaq bu səfərdə sağ və ya sol mövqeli olmasından asılı olmayaraq hər kəs iştirak edir. Qarşımızda yol uzundur və dövlət quruculuğu daimi prosesdir. Bu dialoq şəraitinin daimi olduğunu düşünürəm. Qarşıdakı planlara əsasən demək olar ki, hələ görüləsi çox iş var".

"Mən 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının və ölkədəki siyasi qüvvələrin nümayiş etdirdiyi həmrəyliyə diqqət çəkmək istərdim. Bu, çox önəmli idi. Dialoqa, birliyə qoşulmayanlar isə özlərini təcrid edirlər və həmin qüvvələr cəmiyyətdəki sosial bazalarını xeyli dərəcədə itiriblər. Ona görə də birlik nümayiş etdirməyin vacib olduğunu düşünürəm", - deyə partiya sədri əlavə edib. 

 Prezident İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 21.09.2020
SİYASƏT
Prezident siyasi partiyalarla dialoq barədə: Bu, bizim siyasi sistemimizi gücləndirəcək

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyir ki, bu səfər vasitəsi ilə onlar ermənilərin işğal dövründə Ağdam şəhərində törətdiyi vəhşiliklə tanış oldular:

“Bu səfərlər ermənilərin törətmiş olduğu vəhşiliyin, barbarlığın, faşist əməllərin və bəşəri cinayətlərin mahiyyətini açmaq üçün son dərəcə vacibdir. Bundan öncə də Prezident Administrasiya tərəfindən belə səfərlər təşkil edilib. Düşünürəm ki, bu səfərlərdə əldə olunan informasiyaları təkcə daxili auditoriyanın deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün çalışmalıyıq”.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev isə deyir ki, bu xoşməramlı addımı müsbət qarşılayır. Onun fikrincə, hökumətlə siyasi partiyalar arasındakı dialoqun birinci mərhələsi artıq başa çatıb:

“Artıq hökumətlə normal münasibətlər yaranıb. Bu isə müəyyən bir əməkdaşlıq mərhələsinə keçib. Hazırkı səfər də bu əməkdaşlıq çərçivəsində baş verməkdədir. Siyasi partiyalar artıq müəyyən aktiv rolu icra edirlər. Onlar sözünü deyir və eşidilir. Bundan sonrakı mərhələdə dövlətçilik naminə daha dərin əməkdaşlıqdan söhbət gedə bilər. Bu gün ölkəmizdə milli birlik mövcuddur. Düşünürəm ki, müxalif partiya nümayəndələrinin müəyyən dövlət qurumlarında təmsilçiliyinə şərait yaradılmalıdır. Onlar da təcrübə toplayaraq dövlətin müəyyən bir işinin qulpundan yapışıb kömək göstərməlidir. Bu Azərbaycanda dövlətçiliyin oturuşmasına kömək edə bilər”.

Xəbər lenti
0