10:25 06 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0403
  • RUB0.0227
SİYASƏT
Qısa URL
25 0 0

Bayramov xatırladıb ki, Ermənistan tərəfinin növbəti provokasiyasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat və 44 günlük vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqları işaldan azad edilib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 mart - Sputnik. Azərbaycan və İsveç arasında münasibətlər bir sıra sahələrdə inkişaf etməkdədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşün yekunlarına dair keçirdiyi birgə mətbuat konfransında bildirib.

Ceyhun Bayramov qeyd edib ki, xanım Lindenin Azərbaycana səfəri yüksək qiymətləndirilir: "Bu yaxınlarda Azərbaycanın İsveç Krallığında yeni səfirinin təyinatı gözlənilir. Azərbaycan dövləti olaraq biz alternativ və bərpa olunan enerjini mənbələrinin inkişafına çox önəm veririk: İsveç bu sahədə dünyanın ən aparıcı ölkələrindən biridir və bu sahədə əməkdaşlıq üçün böyük perspektiv var".

Nazir bildirib ki, görüş zamanı ölkələr arasında iqtisadiyyat, kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlıq məsələri müzakirə edib.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan ATƏT-lə üç istiqamətdə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Nazir həmin 3 istiqaməti də açıqlayıb.

"Bunlar təhlükəsizlik, insan haqları, ekologiya sahələrini özündə ehtiva edir".

Ceyhun Bayramov xatırladıb ki, Ermənistan tərəfinin növbəti provokasiyasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat və 44 günlük vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqları işaldan azad edilib: "Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxlaq hüquqların normlarına uyğun olaraq öz ərazi bütövlüyünü bərpa edib. Hesab edirik bölgədə yeni yaranmış vəziyyət həm yeni təhlükəsizlik formatının yaradılması və ölkələr arasında yeni əməkdaşlıq imkanlarının yaradılması üçün çoxillik zəmin yaradır".

Əsas mövzular