19:27 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
SİYASƏT
Qısa URL
16 0 0

"MDB təşkilata üzv dövlətlərinin balanslaşdırılmış iqtisadi və sosial inkişafının gücləndirilməsi üçün təsirli bir mexanizm olaraq qalır" - A.Overçuk.

 

BAKI, 12 mart — Sputnik. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında bundan sonra da təhlükəsizlik və birliyin xarici sərhədlərinin qorunması sahəsində əməkdaşlığı möhkəmləndirmək lazımdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk "MDB-30" MDB-yə üzv ölkələrin Beynəxlaq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.

"Postsovet məkanında təhlükəsizliyin təmin edilməsində MDB-yə üzv olan dövlətlərin qarşılıqlı fəaliyyətinin daha da gücləndirilməsi vacibdir: Birliyin xarici sərhədlərinin qorunması, terrorizm, informasiya sahəsindəki pozuntular və digər müasir çağırışlar sahəsində", - deyə Overçuk qeyd edib.

Onun sözlərinə görə, MDB bu gün tarixən qurulmuş ticarət, iqtisadi və humanitar əlaqələri dəstəkləmək və inkişaf etdirmək üçün həqiqətən fəaliyyət göstərən bir alətdir. "MDB təşkilata üzv dövlətlərinin balanslaşdırılmış iqtisadi və sosial inkişafının gücləndirilməsi üçün təsirli bir mexanizm olaraq qalır. Çox şeyə nail ola bilmişik, amma inteqrasiyanın daha da inkişaf etdirilməsi üçün qarşımızda mühüm vəzifələr durur".

Teqlər:
əməkdaşlıq, sərhəd, təhlükəsizlik, MDB

Əsas mövzular