06:12 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
SİYASƏT
Qısa URL
6110

"Şübhəsiz, o, böyük siyasi səhv buraxdı. Bundan isə müxalifət, müxalif düşüncəli generallar Paşinyana hücum etmək üçün istifadə etdilər".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Paşinyan "İskəndər"lərlə bağlı bəyanatı sabiq prezident Serj Sarqsyanla polemika zamanı səsləndirib. Bu Ermənistanda daxili siyasi "razborka"dır. Təbii ki, Rusiya silahı məsələsi, xüsusilə onun neqativ vəziyyətdə səsləndirilməsi düzgün deyil. Mən şəxsən düşünmürəm ki, Paşinyan Rusiya silahının nüfuzuna zərbə vurmaq istəyib, lakin bu bəyanata görə onu heç kim siyasi məsuliyyətdən azad etmir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Sputnik"də canlı yayım zamanı bildirib.

"Şübhəsiz, o, böyük siyasi səhv buraxdı. Bundan isə müxalifət, müxalif düşüncəli generallar Paşinyana hücum etmək üçün istifadə etdilər. Bildiyiniz kimi, Paşinyan faktiki olaraq Rusiyadan ictimaiyyət qarşısında üzr istədi, etiraf etdi ki, yanlışlıq edib. Rusiya Prezidentinin mətbuat katibi cənab Peskov məmnunluqla qeyd etdi ki, Paşinyanın "İskəndər"lərin ünvanına uğursuz açıqlamaları mövzusu bağlandı. Hesab edək ki, Moskva bu yanlışlığa görə onu bağışladı. Əks halda, çətin ki, Rusiya Prezidentinin mətbuat katibi tərəfindən belə bir şərh olardı", - deyə Korotçenko qeyd edib.

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirləri bəyanat imzalayıblar.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər.

Ermənistanda qarşıdurma yeni mərhələyə keçir: Prezidentin impiçmenti gündəmə gəlir>>

"Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib. Paşinyan isə təkrarən qərarı Sarkisyana qaytarıb. Məsələnin Konstitusiya Məhkəməsində həll olunacağı ehtimalı var.

Teqlər:
Moskva, "İskəndər", Nikol Paşinyan, müsahibə, İqor Korotçenko

Əsas mövzular