CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərdoğan bu gün Azərbaycanın Baş naziri ilə görüşəcək

© © Turkish Presidency via AP, PoolПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.02.2021
Abunə olmaq
Əli Əsədov və Fuat Oktayın sədrliyi ilə Türkiyə-Azərbaycan biznes forumu keçiriləcək. Forumda hər iki ölkənin özəl sektorunun 150-yə yaxın nümayəndəsi iştirak edəcək

BAKI, 18 fevral — Sputnik. Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Sputnik Azərbaycan xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 13:45-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycanın Baş naziri Türkiyənin vitse-prezidenti Fuat Oktayın dəvəti ilə qardaş ölkədə səfərdədir.

Məlumatda həmçinin bildirilir ki, Əli Əsədov və Fuat Oktayın sədrliyi ilə Türkiyə-Azərbaycan biznes forumu keçiriləcək. Forumda hər iki ölkənin özəl sektorunun 150-yə yaxın nümayəndəsi iştirak edəcək.

Bundan əlavə, cümə günü Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclası keçiriləcək.

Xəbər lenti
0