16:03 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
SİYASƏT
Qısa URL
32 0 0

Həmsədrlər Ermənistan xarici işlər naziri Ara Aivazyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayılıqda görüş keçiriblər

BAKI, 16 fevral - Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) bu gün birgə bəyanat yayıblar.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bəyanatda deyilir:

ATƏT-in Minsk Qrupu həmsədrləri fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Aivazyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayılıqda görüş keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsi Andjey Kaspşik görüşlərə qatılıb. Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin rolu ilə əlaqədar uzun və əsaslı fikir mübadiləsi aparıblar.

Teqlər:
Azərbaycan, Qarabağ, bəyanat, həmsədrlər, ATƏT-in Minsk qrupu

Əsas mövzular