QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qərbə ötürülən mesajlar: Ermənistan məğlubiyyətini kompensasiya etməyə çalışır

© AFP 2023 / STRINGERАзербайджанский военнослужащий, фото из архива
Азербайджанский военнослужащий, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
Belə başa düşülür ki, bəyanatla çıxış edən avropalılar Azərbaycanın Dağlıq Qarabağ bölgəsində son vaxtlar baş verənlərdən məlumatlı deyillər

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. “Qarabağdakı bütün abidələr Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan multikultural ölkədir və ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur”. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi belə açıqlama verməyi zəruri hesab edib. Səbəb isə Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin birgə bəyanatı olub.

Совет Европы, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.01.2021
SİYASƏT
İnteqrasiya və ikili standartlar - Azərbaycan Avropa Şurasından nə öyrəndi?

AP-nin Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə ehtiyacın olması” barədə bəyanatından da belə başa düşülür ki, bəyanatla çıxış edənlər ya Azərbaycanın Dağlıq Qarabağ bölgəsində son vaxtlar baş verənlərdən məlumatlı deyillər, ya da bu bəyanatların arxasında başqa məqsədlər dayanır. Bəs görəsən, Qarabağda Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra Avropa təsisatlarını belə bəyanatlar verməyə sövq edən nədir? Sputnik Azərbaycan mövzu ilə bağlı politoloqların fikrini öyrənib.

Politoloq Ramiyə Məmmədova bildirib ki, Avropa ölkələri və qurumları tərəfindən verilən açıqlamalar onu təəccübləndirmir:

“Münaqişənin davam etdiyi otuz ilə yaxın müddət ərzində Avropa təşkilatları mənasız monitorinqlər keçirib, işə yaramayan açıqlamalar veriblər. Hətta deyərdim ki, münaqişənin davam etdiyi müddət ərzində Qarabağ münaqişəsinin təməli, mahiyyəti Avropanı maraqlandırmayıb. Ancaq indi onlar da görürlər ki, Cənubi Qafqazda yeni vəziyyət yaranır, yeni aktorlar ortaya çıxır və bütün bunlar baş verəndə Avropa ölkələri təsirsiz vəziyyətdə qalır”.

Politoloqun sözlərinə görə, Türkiyə və Rusiyanın Cənubi Qafqazda razılığa gəlməsi, Azərbaycanın icra etdiyi böyük iqtisadi layihələrə Rusiyanın da qoşulması və iqtisadi gücünü artırması Avropa Birliyini narahat edən məsələlərdir: “Avropa Birliyi ölkələri Cənubi Qafqazda güc itirdiklərini görürlər. Ona görə regionda gedən proseslər Avropa ölkələrini narahat edir. Bundan sonra onlar regionda gerçəkləşəcək layihələrdə aktiv olmağa çalışacaqlar. Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmasının həm siyasi, həm də iqtisadi dividendləri olacaq. Bu baxımdan Avropadan verilən bəyanatlar hamısı əsassızdır”.

Franko Zeviç - Cəbrayıldakı kimi hadisələr bir daha heç yerdə yaşanmamalıdır>>

Politoloq Əhməd Əlili deyir ki, regionda baş verən son müharibənin qalib tərəfinin Azərbaycan olduğu hər kəsə bəllidir:

“Ermənistan tərəfi məğlubiyyətini informasiya cəbhəsində kompensasiya etməyə çalışır. ABŞ-da, Avropada və hətta Rusiyada qərarverici qurumlara ardıcıl mesajlar göndərirlər ki, regionda yaranmış yeni vəziyyətə münasibət bildirsinlər. Erməni diasporunun artan təsirləri xüsusən Avropa dövlətlərindən gələn açıqlamalarda özünü göstərir.

Ancaq konkret bu mövzu ilə bağlı verilən açıqlamalar göstərir ki, Avropa Parlamenti və digər təşkilatlar müharibədən sonrakı dövrdə  siyasi açıqlamalar verməkdənsə, diqqəti mədəni abidələr istiqamətində formalaşdırmaq istəyirlər”.

Xəbər lenti
0