12:40 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
SİYASƏT
Qısa URL
62110

Milli Məclisin Mətbuat xidməti sosial şəbəkələrdə yayılan "Milli Məclisin deputatlarının yeni əməkhaqqı cədvəli" barədə izahat verdi.

BAKI, 3 fevral - Sputnik. Bir sıra sosial şəbəkələrdə "Milli Məclisin deputatlarının yeni əməkhaqqı cədvəli" başlığı altında yayımlanan iddialar həqiqəti əks etdirmir.

Milli Məclisin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, bir müddət əvvəl deputatların aylıq vəzifə maaşları haqqında Parlament Aparatının müvafiq şöbəsi tərəfindən ictimaiyyətə rəsmi məlumat verilməsinə baxmayaraq, bəzi qərəzli dairələr tərəfindən bu cür yalan iddiaların irəli sürülməsində məqsəd ictimai rəyi çaşdırmaq, Milli Məclisin nüfuzuna xələl gətirməkdir.

Mətbuat xidməti qeyd edib ki, "Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə əsasən Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

"Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar", - məlumatda bildirilir. 

 

Teqlər:
deputat, deputatlar, parlament sədri, Parlament, parlament, Milli Məclis

Əsas mövzular