03:45 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
SİYASƏT
Qısa URL
14 0 0

"Ən çox da Ermənistan və Ermənistan xalqı faydalanacaq. Ermənistanın da bununla bağlı səmərəli addımlar atmasını gözləyirik".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. "Cənubi Qafqazda atəşkəs var, bu atəşkəsin daimi olmasını istəyirik. Sadəcə istəmək yetməz, töhfə vermək lazımdır. Cənubi Qafqazla bağlı bir işbirliyi planlaşdırırıq. Qardaşım Cavad Zərif bura gəlməmişdən öncə digər ölkələri də ziyarət etdi". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə keçirdiyi görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Cənubi Qafqazda 3+3 formatda işbirliyi planlaşdırırıq. Cənubi Qafqazda sülh və sabitlik hamının xeyrinədir. Ən çox da Ermənistan və Ermənistan xalqı faydalanacaq. Ermənistanın da bununla bağlı səmərəli addımlar atmasını gözləyirik", - deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Əsas mövzular