CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnteqrasiya və ikili standartlar - Azərbaycan Avropa Şurasından nə öyrəndi?

© AFP 2023 / FREDERICK FLORINСовет Европы, фото из архива
Совет Европы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Şurasının qurucusu olan ölkələrin parlamentlərindən Azərbaycanın Dağlıq Qarabağ ərazisinə müstəqillik verilməsi ilə bağlı çağırışlar otuz ilə yaxındır yurdlarından qovulmuş insanların pozulmuş hüquqlarına biganəlik fonunda riyakarlıq deyilmi?!

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. İyirmi il öncə Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Şuraya tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib. Ancaq Azərbaycanın Avropa Şurasına üzvlüyü asanlıqla baş tutmuş proses deyil.

Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Politoloq: “Azərbaycan qərbi tanıdıqca üstünlüyünü artırdı”

Üzvlükdən 9 il əvvəl, 1992-ci il yanvarında Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edir. Üzvlüyə qədərki 9 il ərzində Azərbaycan AŞ-nin bir sıra konvensiyalarına qoşulur. Münasibətlərin inkişafı və Azərbaycanın avroməkana inteqrasiyası prosesində qətiyyətli addımlar atılır. Ölkədə ölüm hökmü ləğv edilir, mətbuat üzərindəki senzura götürülür. Amma Şuranın istəklərinin ardı-arası kəsilmir. Xüsusən də seçkilər, insan haqları, siyasi məhbus məsələləri tərəflər arasında aşkar mövqe fərqinin olduğunu ortaya qoyur.

Azərbaycan torpaqlarının işğal altında qalması faktına avroməkanda olan səssizlik və bir çox hallarda Azərbaycana yanaşmada ikili standartların tətbiqi zaman-zaman tərəflər arasında münasibətlərin gərginləşməsinə səbəb oldu. Xüsusən də, Azərbaycanın Avropa Şurasına üzv olarkən təşkilatın Azərbaycan-Ermənistan arasındakı münaqişəyə obyektiv yanaşacağına, işğalçı ölkəyə qarşı təsir imkanlarını işə salaraq problemin sülh yolu ilə həllinə töhfə verəcəyinə inamı özünü doğrultmadı. Şura tərəfindən işğala məruz qalanla işğalçı arasında fərq qoyulmaması iddia edilən ikili standartların bariz nümunəsidir. Bütün bunlar, avroməkanın mötəbər qurumunun qəbul etdiyi qərarların ciddiliyini şübhə altına alırdı. Xüsusən də Azərbaycandan demokratik təsisatların inkişafı üçün ardı-arası kəsilməyən tələblər bir mərhələdən sonra ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilirdi.

Заседание Парламентской ассамблеи Совета Европы, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ermənistanın düzəlişlərini AŞPA rədd edib - Azərbaycan XİN

Bununla belə, Azərbaycanın regionu enerji dəhlizinə çevirməsi, reallaşdırdığı enerji və nəqliyyat layihələri onu Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş mövqeyində saxlayır.

Ötən ilin sentyabrında Azərbaycan-Ermənistan arasında başlayan müharibəyə qərbin susqunluğu, bəzi hallarda erməni diaspor təşkilatlarının diktəsi ilə verdikləri bəyanatlar Azərbaycan cəmiyyətində qərbdəki təşkilatlara qarşı mövqe formalaşmasına əhəmiyyətli təsir etdi. Avropa Şurasının qurucusu olan ölkələrin parlamentlərindən Azərbaycanın Dağlıq Qarabağ ərazisinə müstəqillik verilməsi ilə bağlı çağırışlar otuz ilə yaxındır yurdlarından qovulmuş insanların pozulmuş hüquqlarına biganəlik fonunda riyakarlıq deyilmi?!

Bu gün Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü kimi fəaliyyətini davam etdirir. Müəyyən vaxtlarda Şuraya üzvlük və götürdüyü öhdəliklər ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edilməyə çalışılsa da, Azərbaycan istənilən qərarın verilməsində müstəqilliyini nümayiş etdirə bilir.

Xəbər lenti
0