09:50 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
SİYASƏT
Qısa URL
3110

"Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam" - İran XİN rəhbəri

BAKI, 25 yanvar — Sputnik. "Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

"Mən Sizin "3+3" əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur", - deyə Zərif qeyd edib.

Teqlər:
Azərbaycan, İran, Prezident İlham Əliyev, Məhəmməd Cavad Zərif

Əsas mövzular