SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tramp seçkilərin nəticəsini dəyişmək üçün naziri işdən qovmaq istəyirmiş

© AP Photo / Alex BrandonДональд Трамп и Мелания Трамп, фото из архива
Дональд Трамп и Мелания Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mənbənin bildirdiyinə görə, Ədliyyə nazirliyinin işçilərinin Rozenin kənarlaşdırılacağı təqdirdə kütləvi surətdə istefa vermək istəyi Trampı niyyətindən daşındırıb.

BAKI, 23 yanvar - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifədə olduğu son həftələr ərzində Corciya ştatında prezident seçkilərinin nəticələrini dəyişmək üçün ədliyyə naziri vəzifəsini icra edən şəxsi daha loyal biri ilə əvəz etmək istəyirmiş. Bu barədə New York Times öz mənbələrinə istinadən xəbər verir.

Qəzetin məlumatna əsasən, Ədliyyə nazirliyinin işçilərindən biri olan Ceffri Klark Trampla birlikdə Ceffri Rozenin ədliyyə naziri vəzifəsini icra edən postundan kənarlaşdırılması barədə plan hazırlayıb. Planın səbəbi Rozenin Corciya ştatındakı seçki nəticələrini dəyişmək üçün Trampın xahişlərinə rədd cavabı verməsi imiş.

Mənbənin bildirdiyinə görə, Ədliyyə nazirliyinin işçilərinin Rozenin kənarlaşdırılacağı təqdirdə kütləvi surətdə istefa vermək istəyi Trampı niyyətindən daşındırıb. Öz növbəsində Ceffri Klark belə bir planda iştirakını təkzib edib. Tramp isə şərh verməkdən imtina edib.

Ötən ilin noyabr ayında keçirilmiş seçkilərdən sonra Tramp qalib gəldiyini bildirərək, seçkilərinin nəticəsini məhkəmə yolu ilə dəyişmək istəyib. Lakin seçənlər Co Baydeni prezident elan ediblər. Co Baydenin andiçməsi yanvarın 20-də keçirilib.

Xəbər lenti
0