SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zərifin Bakı səfərinin tarixi və proqramı açıqlanıb

© AFP 2023 / YAMIL LAGEМинистр иностранных дел Ирана Мохаммад Джавад Зариф, фото из архива
Министр иностранных дел Ирана Мохаммад Джавад Зариф, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İran xarici işlər nazirinin bu regional səfər çərçivəsində Azərbaycandan sonra Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfəri və bu ölkələrin rəsmiləri ilə regional əməkdaşlığın inkişafını müzakirə etməsi gözlənilir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 2021-ci il 24-25 yanvar tarixlərində Azərbaycan Respublikasına səfər edəcək. İranın Azərbaycandakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfər zamanı Zərif, Prezident İlham Əliyev, Baş nazirin müavini və iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayev və həmkarı Ceyhun Bayramov ilə görüşəcək.

"Bu səfər çərçivəsində hər iki tərəf bir sıra vacib mövzuları müzakirə edəcək. Buraya iki ölkənin ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq və s.), İranın 10 Noyabr Bəyannaməsi (Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmışdır) formatında altı tərəfli regional əməkdaşlığın inkişafında iştirakı, İran şirkətlərinin Dağlıq Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı, Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı daxildir", - deyə məlumatda qeyd olunur.

İran xarici işlər nazirinin bu regional səfər çərçivəsində Azərbaycandan sonra Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfəri və bu ölkələrin rəsmiləri ilə regional əməkdaşlığın inkişafını müzakirə etməsi gözlənilir.

Xəbər lenti
0