16:37 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SİYASƏT
Qısa URL
Kremldə Putin, Əliyev, Paşinyan görüşü (25)
66 0 0

Dağlıq Qarabağ münaqişəsi məhz Mixail Qorbaçovun SSRİ-yə başçılıq etdiyi dövrdə vüsət alıb və SSRİ rəhbərliyinin səriştəsiz və birtərəfli mövqeyi nəticəsində daha da alovlanıb.

BAKI, 11 yanvar — Sputnik. SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov ümid edir ki, Rusiya Dağlıq Qarabağ probleminin həllinə kömək edə bilər, ancaq hər bir halda bu məsələdə əsas rolu Azərbaycan və Ermənistan oynamalıdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Qorbaçov problemin hər iki ölkənin maraqlarına uyğun şəkildə, qalib və məğlub olmadan həll edilməsinin vacibliyini vurğulayıb.

"O ki qaldı Qarabağ probleminə... Bu çox çətin, kökü keçmişə gedib çıxan köhnə məsələdir. Bu münaqişə qızışanda biz hər iki ölkəyə, hər iki xalqa onun həllində kömək etməyə çalışdıq. Nəticə etibarı ilə Rusiya buna cəhd göstərdi", – deyə 1980-ci illərin axırlarında Qarabağ münaqişəsinin başladığı vaxt SSRİ-yə rəhbərlik etmiş Qorbaçov RİA Novosti-yə müsahibəsində bildirib.

Keçmiş sovet lideri əmindir ki, hərbi əməliyyatların dayandırıldığı bir vaxtda bu məsələni diqqətdən kənarda qoymaq və problemin yenə onilliklər boyunca uzanmasına yol vermək olmaz.

"Ümid edirəm ki, Rusiya kömək edə biləcək, ancaq əsas vəzifə münaqişə tərəflərinin üzərinə düşür. Azərbaycan və Ermənistan problemin həlli ilə bağlı öz üzərinə danışıq aparmaq öhdəliyi götürüb. Münaqişə hər iki tərəfin maraqlarına uyğun, qalib və məğlub olmadan həll edilməlidir", – deyə Qorbaçov bəyan edib.

Qeyd edək ki, bazar günü Kremldən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi məhz Mixail Qorbaçovun SSRİ-yə başçılıq etdiyi dövrdə vüsət alıb və SSRİ rəhbərliyinin səriştəsiz və birtərəfli mövqeyi nəticəsində daha da alovlanıb.

Mövzu:
Kremldə Putin, Əliyev, Paşinyan görüşü (25)

Əsas mövzular