13:21 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SİYASƏT
Qısa URL
5810

Onlar, həmçinin ABŞ-da ötən ilin noyabrında keçirilən seçkilərdən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının narahatlıqlarını və şərhlərini bir daha təsdiqləyiblər.

BAKI, 7 yanvar — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici İşlər naziri Ann Linde və təşkilatın Baş katibi Helqa Şmidt Vaşinqtonda demokratik prosesə hörmət etməyə çağırıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

"Demokratik seçkilərin nəticələri, həmçinin Konstitusiya prinsiplərinə hörmət edilməlidir. Mən bu gün Vaşinqtonda müşahidə etdiyimiz demokratiya institutları və prinsiplərinə hücumdan narahatam", - deyə Şmidt qeyd edib.

Onlar, həmçinin ABŞ-da ötən ilin noyabrında keçirilən seçkilərdən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının narahatlıqlarını və şərhlərini bir daha təsdiqləyiblər.

Qeyd edək ki, ötən gün Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.

Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər. Etirazçılar isə binadan çıxarılıblar. Toqquşmalarla əlaqədar 20 etirazçı saxlanılıb.

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub.

Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.

Teqlər:
Senat, etirazlar, Donald Tramp, narahatlıq, ABŞ, ATƏT

Əsas mövzular