17:38 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SİYASƏT
Qısa URL
28 0 0

Bu gün həlledici mitinq başlayacaq. Əminəm ki, bir neçə saat olmasa belə, bir neçə gün ərzində Paşinyan Baş nazir kreslosunda oturmayacaq.

BAKI, 22 dekabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanın istefası bir neçə günün məsələsidir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın "Vətən" partiyasının üzvü Arsen Babayan jurnalistlərə açıqlamasında bildirib.

"Bu gün həlledici mitinq başlayacaq. Əminəm ki, bir neçə saat olmasa belə, bir neçə gün ərzində Paşinyan Baş nazir kreslosunda oturmayacaq. İndi də hakimiyyət ona məxsus deyil, lakin o baş nazir kreslosunda oturmayacaq", - Babayan qeyd edib.

Müxalifət nümayəndəsi qeyd edib ki, Paşinyan üçün üç istefa ssenarisi var – baş nazirin könüllü gedişi, parlament tərəfindən impiçment və ya hökumət başçısının həbsi.

Qeyd edək ki, Ermənistan müxalifəti bu gün etiraz aksiyası və ümummilli tətil keçirmək niyyətindədir. Əsas mitinqin Respublika meydanında Hökumət binasının qarşısında keçirilməsi gözlənilir.

Əsas mövzular