SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Azərbaycan və Türkiyəyə qarşı qətnaməyə görə Belçikaya iradını bildirib

© Photo : AR Ministry of Internal AffairsМинистр иностранных дел Азербайджана Джейхун Байрамов
Министр иностранных дел Азербайджана Джейхун Байрамов  - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici İşlər Nazirliyi Belçika Krallığının Parlamenti tərəfindən Azərbaycana qarşı bəzi əsassız iddiaları əks etdirən qətnamənin qəbul olunmasını şərh edib.

BAKI, 19 dekabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Belçika Krallığının Parlamenti tərəfindən Azərbaycana qarşı bəzi əsassız iddiaları əks etdirən qətnamənin qəbul olunmasını şərh edib. 

Sputnik Azərbaycan-ən xəbərinə görə, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, bu ilin 17 dekabr tarixində Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının plenar sessiyası zamanı “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək" adlı qətnamə layihəsi qəbul edilib.

Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfər edən xarici işlər naziri Ceyhun Bayramov səfər çərçivəsində Belçika Krallığının Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Sofi Vilmes ilə görüşüb. 

Görüş zamanı nazir Ceyhun Bayramov Belçika Parlamenti tərəfindən Azərbaycan, eləcə də qardaş Türkiyəyə qarşı əsassız və qərəzli iddiaları əks etdirən qətnamənin qəbul edilməsi ilə bağlı etiraz və narazılığımızı Belçika rəsmisinin diqqətinə çatdırıb.

Sənəddə Belçika hökumətinin izahı nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT TŞ-nin 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrə istinadın əks olunmasına rəğmən, burada həqiqəti əks etdirməyən qərəzli fikirlərin yer almasının qəbuledilməz olduğu bildirilib.

"Vurğulamaq istərdik ki, Belçikanın Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri ölkəsinin rəsmi mövqeyini xatırladaraq, Belçika tərəfindən dövlətlərarası münasibətlərdə hər zaman beynəlxalq hüququn normalarının rəhbər tutulduğunu qeyd edib", - deyə XİN sözçüsü bildirib.

Xəbər lenti
0