01:27 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SİYASƏT
Qısa URL
19 0 0

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden keçmiş lider Barak Obamanın Rusiyaya münasibətdə yol verdiyi səhvləri təkrarlamalıdır, - deyə prezident Donald Trampın keçmiş köməkçisi Fiona Hill bəyan edib.

BAKI, 16 dekabr — Sputnik. Prezident Donald Trampın keçmiş köməkçisi, Ağ Evin Avropa və Rusiya üzrə keçmiş direktoru Fiona Hill ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydeni Barak Obamanın Moskvaya münasibətdə yol verdiyi səhvləri təkrarlamamağa çağırıb. Bu barədə "The New York Times" məlumat yayıb.

Hill belə hesab edir ki, Bayden məsələyə fərqli yanaşmalıdır.

"Obama Rusiyaya çox etinasızlıqla yanaşdı, onu "regional dövlət" adlandırdı. Onlar (Obama administrasiyası - red.) Rusiya haqqında çox düşünmək istəmədilər", - deyə Hill bildirir.

Onun sözlərinə görə, Obamının prezidentliyi dövründən bu yana dünya çox dəyişib. "Onlar artıq başqa cür düşünməlidirlər", - deyə o Amerikanın yeni hakimiyyətinə məsləhət görür.

Siyasi və İqtisadı Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov Sputnik radiosunun efirində bu bəyanatı dəyərləndirib.

"Bununla belə, biz Fiona Hillin ictimai ekspert kimi fəaliyyət göstərdiyi dövrdə Rusiyaya və onun rəhbərliyinə kifayət qədər soyuq yanaşdığını, xüsusən də "əyilməzliklə" bağlı ittihamlarını yaxşı xatırlayırıq. Bir tərəfdən bu onu göstərir ki, Amerika mütəxəssisləri və politoloqları arasında Rusiyanın dünyadakı və postsovet məkanındakı vəziyyətə təsir etmək üçün yeni imkanlara sahib olduğunu etiraf edən insanlar var. Digər tərəfdən, bu o demək deyil ki, hətta həmin mütəxəssislər belə yeni hakimiyyəti Rusiyaya qarşı daha yumşaq siyasət yürütməyə çağıracaqlar. Bunun tam əksi də ola bilər – onlar Moskvaya münasibətdə daha sərt mövqe tutmaqda təkid edə bilərlər", - deyə Neyjmakov vurğulayır.

Onun sözlərinə görə, məhz elə bu səbəbdən də Baydenin Obamaya nəzərən Moskva ilə münasibət yaratması daha çətin olacaq.

"Həm də ona görə çətin olacaq ki, Obamının hakimiyyətdə olduğu dövrdən bu yana qarşılıqlı münasibətlərdə sanksiya, ittiham və manelərin yükü bir xeyli ağırlaşıb", - deyə Mixail Neyjmakov qeyd edir.

Xatırladaq ki, dekabrın 15-də Seçicilər Kollegiyası nümayəndələrinin səsvermə yekunlarına görə Co Bayden qələbə üçün lazım olan 270 səsə qarşı 306 səs toplaya bildi və bununla da noyabrın 3-də də keçirilən prezident seçkilərində medianın daha əvvəl elan etdiyi ilkin qələbəsini təsdiqlədi. Seçicilər Kollegiyasının səsvermə nəticəsi isə 2021-ci ilin 6 yanvar tarixində təsdiqlənəcək, Baydenin andiçmə mərasimi ölkə konstitusiyasına uyğun olaraq yanvarın 20-də baş tutmalıdır.

Əsas mövzular