15:01 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SİYASƏT
Qısa URL
23 0 0

Ruhani: "Ümumiyyətlə, cənab Ərdoğan çoxlu şeir oxuyur. Düşünürəm verilmiş izahatlarla bu məsələdən yan keçə bilərik".

BAKI, 14 dekabr - Sputnik. İran Prezidenti Həsən Ruhani Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Bakıda oxuduğu şeirə münasibət bildirib. 

Sputnik Türkiyə xəbər verir ki, Ruhani Türkiyə və İranın qonşu ölkələr olduğunu, bu iki ölkənin münasibətlərinin əhəmiyyətini vurğulayıb.

“Türkiyə rəsmiləri açıq şəkildə bildirdilər ki, o, Azərbaycanın torpaqlarının azad olunmasından duyduğu sevincli bildirmək niyyətində olub. Ərazi bütövlüyü, İranın mövqeyi xüsusi əhəmiyyətə malikdir. Türkiyə rəsmiləri açıq şəkildə bildirdi ki, cənab Ərdoğanın həmin çıxışında regional əməkdaşlığa diqqət yetirib. Cənab Ərdoğanı tanıdığım üçün onun İranın ərazi bütövlüyünü şübhəyə alacağına inanmıram”.

Ruhani deyib ki, bu məsələyə etiraz bildirmək onların haqlarıdır.

“Ümumiyyətlə, cənab Ərdoğan çoxlu şeir oxuyur. Düşünürəm verilmiş izahatlarla bu məsələdən yan keçə bilərik. İran xalqının həssaslıq nümayiş etdirməsi çox normaldır. Bütün dünya bilməlidir ki, İran xalqı üçün torpaqlarının bir milli metri də önəmlidir,  hamı öz çıxışında bu məsələyə diqqət etməlidir”, - deyə o bildirib.

Xatırladaq ki, dekabrın 10-da Bakıda keçirilən "Zəfər paradı" zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məşhur bayatıdan söylədiyi "Arazı ayırdılar, lil ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar" misraları İranda narahatlıqla qarşılanıb. Bununla bağlı Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə Twitter hesabında "heç kimin Ərdoğana oxuduğu şeirin İranın şimal-qərb hissəsində (Cənubi Azərbaycan - red.) "ərazilərin zorla bölünməsi" mövzusunda olduğunu xatırlatmadığına təəccübləndiyini" bildirib. İranın antiTürkiyə isterikası bununla bitməyib. Rəsmi Tehran və İran KİV-ləri Türkiyə və Azərbaycan əleyhinə həqarət dolu bəyanatlar səsləndiriblər.

Ötən gün isə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə danışaraq İran tərəfinin məsələni yanlış anladığını diqqətə çatdırıb və Tehrandakı antitürk əhval-ruhiyyəyə etiraz edib. 

Teqlər:
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, Türkiyə prezidenti, Türkiyə, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, İranın prezidenti Həsən Ruhani, Həsən Ruhani

Əsas mövzular