15:24 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SİYASƏT
Qısa URL
38 0 0

Səfir: "Son zamanlar yaşanan yanlış anlaşılma aradan qaldırıldı və hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, daha da gücləndirilməsinin önəmi vurğulandı”.

BAKI, 13 dekabr - Sputnik. İranla Türkiyə arasında son vaxtlar yaranmış anlaşılmazlıq artıq aradan qaldırılıb. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd Ferazmənd öz Twitter hesabında yazıb.

Səfir paylaşımında Türkiyə və İran XİN başçılarının dünənki telefon söhbətində yanlış anlaşılmanın aradan qaldırıldığını qeyd edib:

"Son zamanlar yaşanan yanlış anlaşılma aradan qaldırıldı və hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, daha da gücləndirilməsinin önəmi vurğulandı”.

Xatırladaq ki, dekabrın 10-da Bakıda keçirilən "Zəfər paradı" zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məşhur bayatıdan söylədiyi "Arazı ayırdılar, lil ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar" misraları İranda narahatlıqla qarşılanıb. Bununla bağlı Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə Twitter hesabında "heç kimin Ərdoğana oxuduğu şeirin İranın şimal-qərb hissəsində (Cənubi Azərbaycan - red.) "ərazilərin zorla bölünməsi" mövzusunda olduğunu xatırlatmadığına təəccübləndiyini" bildirib. İranın antiTürkiyə isterikası bununla bitməyib. Rəsmi Tehran və İran KİV-ləri Türkiyə və Azərbaycan əleyhinə həqarət dolu bəyanatlar səsləndiriblər.

Ötən gün isə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə danışaraq İran tərəfinin məsələni yanlış anladığını diqqətə çatdırıb və Tehrandakı antitürk əhval-ruhiyyəyə etiraz edib. 

Teqlər:
Rəcəb Tayyip Ərdoğan, Ərdoğan, Mövlud Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Türkiyə, İran

Əsas mövzular