QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ləngimədən Moskvaya: Ermənistanın yeni XİN rəhbəri Lavrovla Qarabağdan danışacaq

© Sputnik / Maksim Blinov / Mediabanka keçidФонари на Охотном ряду и Спасская башня Московского Кремля с вечерней подсветкой, фото из архива
Фонари на Охотном ряду и Спасская башня Московского Кремля с вечерней подсветкой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onun Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü planlaşdırılır. Görüş zamanı Rusiya-Ermənistan münasibətlərini, həmçinin Qarabağdakı vəziyyəti müzakirə edəcəyi gözlənilir

BAKI, 3 dekabr — Sputnik. Ermənistan xarici işlər naziri Ara Ayvazyan Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, səfər dekabrın 7-si baş tutacaq.

Onun Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü planlaşdırılır. Görüş zamanı Rusiya-Ermənistan münasibətlərinin, həmçinin Qarabağdakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Визит делегации РФ в Азербайджан - Sputnik Azərbaycan
QARABAĞ
Lavrov: "Moskva Qarabağ nizamlanmasında ATƏT-dən böyük dəstək gözləyir"

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0