BAKI, 26 noyabr — Sputnik. Milli Məclis Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə təkliflə bağlı bəyanat verəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclaslnda deyib. S.Qafarova bildirib ki, Fransanın bu mövqeyi qərəzli xarakter daşıyır və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib. S.Qafarova bildirib ki, Milli Məclis bununla bağlı ciddi bəyanat qəbul edəcək.
Qeyd edək ki, Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.