QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi" söz birləşməsini daha eşitməyəcəyimə ümid edirəm

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib
İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti: "Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərikəm. O, bəyan edib ki, bundan sonra "Dağlıq Qarabağ münaqişəsi" söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm".

BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Prezidenti Vladimir Putinin "Dağlıq Qarabağ münaqişəsi" söz birləşməsini daha eşitməyəcəyinə ümid etdiyinə dair fikirlərinə şərik olduğunu bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikri Prezident Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib. İlham Əliyev deyib:   

"Onu da qeyd etmək istərdim ki, Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərikəm. O, bəyan edib ki, bundan sonra "Dağlıq Qarabağ münaqişəsi" söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik". 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 13-də müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, fövqəladə hallar naziri Yevgeniy Ziniçev və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla Dağlıq Qarabağ rayonunda humanitar məsələlərlə bağlı iclas keçirib. İclas zamanı o deyib:

"Biz bura Dağlıq Qarabağ münaqişəsi zonasındakı mövcud vəziyyəti müzakirə etmək üçün toplaşmışıq. Ümid edirəm ki, bundan sonra artıq "Dağlıq Qarabağ münaqişəsi" ifadəsindən istifadə etməyəcəyik".

Xəbər lenti
0