SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkilləri: Fransanın siyasi rəhbərliyi qərəzli mövqe sərgiləyir

© AP Photo / Francisco SecoПрезидент Франции Эммануэль Макрон, фото из архива
Президент Франции Эммануэль Макрон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
S.Seyidov deyib ki, Parisin meri Fransa Konstitusiyasına tamamilə zidd olan sənəd qəbul etdirib: "Bu sənədin qəbul olunması zamanı 50-ə yaxın nümayəndə bunun qeyri-qanuni olduğunu bildirərək, zalı tərk edir. Ancaq bu sənəd qəbul edilir".

BAKI, 20 noyabr — Sputnik. "Noyabrın 10-da Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin və Rusiyanın Prezidentinin imzaladığı birgə bəyanatla Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Bu gün bəyanatdan irəli gələn müddəalara əsasən, Azərbaycan Ordusu Ağdama daxil oldu".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bu münasibətlə hər kəsi təbrik edib: "Bu bəyanat bir çox regional ölkələr tərəfindən dəstəklənib. Lakin təəssüflər olsun ki, bundan narahat olan qüvvələr də var. Bunlar sırasında Fransanın bəzi dairələri də var. Xatırladıram ki, Fransa ilk günlərdən qeyri-obyektiv mövqe sərgiləyib və qərəzli mövqe ortaya qoyub. Bir neçə gün öncə isə Fransa senatında olan əsas 5 fraksiyanın rəhbərləri Azərbaycan torpaqlarında yaradılan qondarma qurumun tanınması ilə bağlı qətnamə irəli sürüb. Hətta Fransadan bəzi nümayəndələr qondarma quruma qarşı loyal münasibət göstərib. Fransanın siyasi rəhbərliyi ATƏT-in Minsk Qrupunun həmsədri kimi qərəzli mövqe ortaya qoyub. Atılan addımlar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli mövqe ortaya qoyur. Vasitəçi mandatı beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsiplərə söykənməlidir. Bu məsələlər beynəlxalq hüquqi sənədlərdə də aydın şəkildə göstərilib. Milli Məclisin Fransa ilə parlamentlərarası dostluq qrupunun rəhbəri və üzvləri, eyni zamanda Milli Məclisin beynəlxalq münasibətlər komitəsi bu məsələni diqqətdə saxlamalıdır".

Millət vəkili Səməd Seyidov isə çıxışı zamanı qeyd edib ki, torpaqlarımız işğal altında olanda bəzi sülh carçıları dialoqdan, sülhdən danışırdılar: " Ancaq torpaqlarımız işğaldan azad olunandan sonra əvvəllər "torpaqları unudun, insanları düşünün" deyənlər bunun əksini söyləyir və "status haqqında düşünək" deyə bizə təzyiq edirlər. Bu ölkələr arasında qeyri-səmimi münasibət əsasən Fransa tərəfindən göstərilir".

Onun sözlərinə görə, müharibənin ilk günündən Fransa Ermənistanı dəstəkləməklə məşğuldur: "Sentyabrın 27-də Vətən müharibəsi başladı, ayın 30-da Fransa cəfəng fikirlərlə çıxış etdi ki, bizim Ordunun tərkibində muzdlular var. Ancaq bunu sübut etmədilər və bu fikirlərini geri götürdülər".

S.Seyidov deyib ki, Parisin meri Fransa Konstitusiyasına tamamilə zidd olan sənəd qəbul etdirib: "Bu sənədin qəbul olunması zamanı 50-ə yaxın nümayəndə bunun qeyri-qanuni olduğunu bildirərək, zalı tərk edir. Ancaq bu sənəd qəbul edilir".

Deputat Fransa senatının təqdim etdiyi qətnaməyə də toxunaraq, deyib ki, bu, azərbaycanlılara və türklərə qarşı yönəlib: "Minsk Qrupuna daxil olan həımsədrlərdən birinin bu cür fikirləri qəbuledilməzdir. Bu cür həmsədrlik Azərbaycan tərəfindən qəbulediməzdir. Azərbaycan hökuməti Fransa ilə münasibətlərini yenidən təhlil etməlidir. Bu cür fikirlər ölkələr arasında münasibətlərə ciddi təsir edəcək".

Millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Fransanın, Makronun mövqeyi bəllidir. Xüsusilə Vətən Müharibəsində onların bəyanatları Fransanın mövqeyini bir daha ortaya qoydu.

Deputat təklif edib ki, parlamentin daxilindəki siyasi partiyalar, eyni zamanda Vətən Müharibəsi başlayandan birlik göstərən 50-yə yaxın partiyanın Fransaya qarşı bəyanatı ATƏT-in Minsk Qrupuna, digər beynəlxalq təşkilatlara göndərilsin: "Əminəm ki, hökumətimiz tərəfindən bununla bağlı tədbirlər görülür".

Millət vəkili Fəzail Ağamlı vurğulayıb ki, Azərbaycan XİN Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfirini dəvət etməli və izahat tələb etməlidir.

Deputat təklif edib ki, əgər Senatda sözügedən qətnamə qəbul edilərsə, Fransa ilə bütün əlaqələrə son qoyulsun.

Deputat Tural Gəncəliyev çıxışı zamanı qeyd edib ki, Fransa BMT TŞ-nın daimi üzvü kimi dünyada sülhün və beynəlxalq hüququn qorunmasında, bərqərar olmasına cavabdeh olan ölkələrdən biridir.

Onun sözlərinə görə, amma Fransanın Dağlıq Qarabağ münaqişəsində sərgilədiyi mövqe onun obyektiv olmadığından xəbər verir:"Fransanın özü işğalın, təcavüzün nə demək olduğunu yaxşı bilir. Vaxtilə Əhmədiyyə Cəbrayılov kimi Azərbaycan oğlu Fransanın təcavüzdən qurtarılması üçün döyüşüb. Hətta ona Fransa siyasi rəhbərliyi tərəfindən "Legion ordeni" verilib. ATƏT PA-da, AŞPA-da çıxışlarımda da qeyd etmişəm, bəlkə də orda yeganə deputatam ki, 28 ildir öz evimə gedib çıxa bilmirəm.Fransa siyasilərindən xahiş edirəm ki, BMT TŞ-nın daimi üzvü olmaq funksiyasını düzgün yerinə yetirsinlər".

Millət vəkili Vahid Əhmədov çıxışı zamanı qeyd eidb ki, bir sıra dövlətlər noyabrın 10-da imzalanmış bəyanatı qəbul etmək istəmir. Dövlət başçısı bir daha dünyaya sübut etdi ki, Azərbaycan qalib dövlətdir".

Deputat bildirib ki, Fransa tarixboyu Ermənistanın yanında olub: "Bu gün də onların mövqeyi aydın göstərir ki, Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz. Səməd Seyidovdan xahiş edərdim ki, Milli Məclis bununla bağlı xüsusi bəyanat qəbul etsin. Bunun üçün sənəd hazırlansın. Fransanın ATƏT-in Minsk Qrupu kimi həmsədrliyinin qəbuledilməzliyi bu sənəddə əksini tapmalıdır. Artıq ciddi işlər görmək lazımdır".

Deputat təklif edib ki, azad olunmuş ərazilərdə idarəetmənin aydınlaşması birinci məsələ olsun: "Mən Azərbaycan vətəndaşı kimi istərdim ki, Azərbaycan bayrağı Xocalıda, Xankəndidə, Xocavənddə dalğalansın. Bunun üçün vaxt lazım olduğunu bilirəm. Ancaq bu rayonlarda da tezliklə dövlət bayrağımızın dalğalanması üçün Prezidentimizlə, bərabər Milli Məclis də siyasi iradə ortaya qoymalıdır. Dövlət başçımızın siyasi iradəsi nəticəsində bayrağımız artıq Ağdamda, Laçında, Kəlbəcərdə dalğalanacaq".

Xəbər lenti
0