SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan Ermənistanın Qarabağda hərbi əməliyyatları dayandırdığını bildirib

© Sputnik / Maksim Blinov / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qarabağda Azərbaycan Ordusunun əks-hücum əməliyyatı sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq başlamışdı.

BAKI, 10 noyabr - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri ilə Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzaladığını bildirib.

Bu barədə RİA Novosti məlumat yayıb.

"Hörmətli vətəndaşlar, bacılar və qardaşlar, şəxsən mənim və bütün hamımız üçün çox ağır bir qərar verdim. Rusiya və Azərbaycan prezidentləri ilə birlikdə 01.00-da etibarən Qarabağ müharibəsinin dayandırılması barədə bəyanat imzaladım", - deyə o Facebookdakı səhifəsində yazıb.

Qarabağda Azərbaycan Ordusunun əks-hücum əməliyyatı sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq başlamışdı.

Əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələri Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərini, yüzlərlə digər yaşayış məntəqəsini azad edib.

Xəbər lenti
0