QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cenevrə xronikası: Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

© Photo : Press service of the Russian Foreign Ministry / Mediabanka keçidМинистр иностранных дел Азербайджана Джейхун Байрамов на трехсторонних переговорах в Доме приемов МИД России
Министр иностранных дел Азербайджана Джейхун Байрамов на трехсторонних переговорах в Доме приемов МИД России - Sputnik Azərbaycan
Abunə olmaq
ATƏT-in Minsk Qrupunun həmsədrləri və Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında görüş başlayıb. Görüş hazırda davam edir

BAKI, 30 oktyabr - Sputnik. Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı nazir Azərbaycanın mövqeyi barədə qarşı tərəfə məlumat verərək, Ermənistanın destruktiv əməlləri, mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığı, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi, müharibə cinayətlərinin törədildiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Daha sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri və Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında görüş başlayıb. Görüş hazırda davam edir.

Xəbər lenti
0