03:17 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1159)
53 0 0

Hazırda ATƏT-in Minsk qrupunda konsultasiyalar davam edir. İran bura daxil deyil və onun vasitəçi rolu hər iki münaqişə tərəfindən təsdiqlənməlidir.

BAKI, 29 oktyabr — Sputnik. Rəsmi Bakı Tehranın rolunu və Qarabağda münaqişənin nizamlanması üçün vasitəçilik təklifini yüksək qiymətləndirir, lakin bu hər iki tərəf tərəfindən təsdiqlənməlidir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

"İran dəfələrlə münaqişənin sülh yolu ilə həllinin tapılması üçün öz köməyini və Azərbaycan və Ermənistan arasında vasitəçiliyi təklif edib. Biz İranın bu səylərini yüksək qiymətləndiririk. Hazırda ATƏT-in Minsk qrupunda konsultasiyalar davam edir. İran bura daxil deyil və onun vasitəçi rolu hər iki münaqişə tərəfindən təsdiqlənməlidir", - deyə nazir qeyd edib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1159)

Əsas mövzular