QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev Qubadlını işğaldan azad edən komandirləri təbrik etdi

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев в Центральном командном пункте Министерства обороны
Президент Ильхам Алиев в Центральном командном пункте Министерства обороны - Sputnik Azərbaycan
Abunə olmaq
Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.

BAKI, 26 oktyabr — Sputnik. Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb. Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün xalqa müraciətində dünən azad edilmiş yaşayış məntəqələrinin adını açıqlayıb.

Onlar Zəngilan rayonunda Birinci Alıbəyli, İkinci Alıbəyli, Rabənd, Yenikənd, Cəbrayıl rayonunda Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunda Əfəndilər, Yusifbəyli, Çay Tumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəridir.

Xəbər lenti
0