10:57 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1127)
57 0 0

"Bir neçə gün sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Amma o qədər belə mənasız görüş olub ki..."

BAKI, 26 oktyabr — Sputnik. "Biz beynəlxalq hüquqa zidd addım atmırıq. Ermənistanın torpağına girmirik. Öz beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı azad edirik. Əgər BMT Şurasının daimi üzvləri, Minsk qrupunun sədrləri bunu edə bilmirlərsə, çəkilsinlər, buna mane olmasınlar. Biz heç kəsdən kömək istəmirik. Azərbaycan xalqının səbri ilə oynamasınlar".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün xalqa müraciətində bildirib.

"Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs necə olacaq bu münasibətlər? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? - Unutmayacaq. Bunu fikirləşsinlər. Azərbaycan o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Gün gələcək, xahiş və əməkdaşlıq təklifləri ilə gələcəklər. Hansı üzlə bizə baxacaqlar? Bu gün bütün imkanları bizə qarşı səfərbər ediblər. Mən buna bir aydır, dözürdüm. Demirdim bunları, daha yığılmışıq boğaza. Bu bir, ikincisi, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz! 5 rayonun 4-ü artıq bizdədir. Ona görə fikirləşsinlər.

Biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gün sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Amma o qədər belə mənasız görüş olub ki... Biri artıq, biri əskik. Ermənistan havadarları, sizə deyirəm, xilas etmək istəyirsinizsə bu saxta dövləti, deyin, çıxsın, bir sözünüzlə çıxa bilər. Yaxşı, maliyyə, iqtisadi, hərbi dəstək verilmirsə, ayaqda dura bilərmi? Biz nə qədər onların texnikasını məhv etmişik. Sual yaranır, yoxsul olan ölkədə haradandır bu qədər pul, hərbi texnika? Nə qədər məhv etmişik, yenə gətirirlər. Özləri bilərlər, gətirsinlər. İndiki mərhələdə bizim mövqeyimiz ondan ibarətdir ki, hərbi, siyasi yolla həll olunsun. Amma həll olunsun".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)

Əlaqədar

Ermənistanı xilas etmək istəyirsinizsə, deyin, çıxsın bizim torpaqlardan - İlham Əliyev
Azərbaycan Prezidenti: "Atəşkəsi istəyən niyə silah göndərir Ermənistana?"
"Kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər" - İlham Əliyev
Prezident: "Auditoriya bu müqaviləni oxuyacaq, görəcək ki, burada erməni xalqı olmayıb"
İlham Əliyev: "Bu üç ölkə məgər imkanlara malik deyil ki, aqressora öz yerini göstərsin?"
Teqlər:
xalqa müraciət, Prezident İlham Əliyev, danışıqlar, ATƏT-in Minsk Qrupu, BMT, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular