QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan Əliyevlə Moskvada görüşmək istəyir

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidВид на Кремль в центре Москвы, фото из архива
Вид на Кремль в центре Москвы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Paşinyan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli güzəştə dayanmalıdır, "tərəflərdən birinin kapitulyasiyasına yox, güzəştə".

BAKI, 19 oktyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsinə görə görüşə bilərlər. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

"Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunmalıdır, bu bizim mövqeyimizdir. Təəssüf ki, Azərbaycan bu nöqteyi-nəzərlə razı deyil. Mən belə bir nəticəyə gəlmək üçün lazımi səyləri göstərməyə, o cümlədən getməyə, görüşüb danışmağa hazıram", - Paşinyan deyib və bunun Rusiyanın vasitəsilə olmasını istədiyini əlavə edib.

O həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli güzəştə dayanmalıdır, "tərəflərdən birinin kapitulyasiyasına yox, güzəştə".

İlham Əliyev də Bakının nümayəndələrinin Moskvada erməni tərəfi ilə danışıqlara hazır olduğunu bildirib. "Biz qarşıdurmaya son qoymaq, həll yollarını tapmaq üçün Moskvada, istənilən başqa yerdə görüşməyə həmişə hazırıq", - Azərbaycan Prezidenti deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Bakı istənilən "kontaktlara hazırdır".

"Bu halda mən belə bir dəvət almamışam, ona görə də sual mənə ünvanlanmayıb. Bir neçə dəfə şəxsən Rusiya Prezidenti Vladimir Putin, ondan əvvəl Dmitri Medvedev Ermənistan və Azərbaycan rəhbərləri ilə üçtərəfli görüş keçiriblər. Ancaq Ermənistanda hakimiyyət şərti "Soros"un əlinə keçdikdən sonra bu cür kontaktlar dayandı", - Əliyev bildirib.

Onun sözlərinə görə, Rusiya həmişə münaqişənin həllində vacib rol oynayıb.

"Bunun üçün obyektiv səbəblər var - həm tarixi, həm coğrafi. Həmçinin belə bir səbəb də var ki, Rusiya uzun illərdir bizim regionda aktiv fəaliyyətdədir və yüksək qarşılıqlı əlaqələr mövcuddur. Ona görə biz istənilən kontakta hazırıq", - Prezident bildirib.

İlham Əliyev xatırladıb ki, xarici işlər nazirlərinin görüşünün təşkili barədə təklifə Azərbaycan tərəfi dərhal razılaşıb: "Bu, bizim mövqeyimizdən xəbər verir, çünki o zaman Azərbaycan Ordusu artıq bir sıra strateji yüksəklikləri azad etmişdi. Münaqişə artıq on gündən çox idi davam edirdi və demək olar ki, kimin nəyə qadir olduğu hər kəsə aydın idi. Hərbi əməliyyatların sonrakı inkişafını təxmin etmək də çətin deyildi. Amma buna baxmayaraq, biz vaxt uzatmadıq, nə də imtina etdik. Biz dedik: "Bəli, biz hazırıq".

Xəbər lenti
0