QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ombudsman: Ermənistanın mülki əhaliyə qarşı hücumu hərbi cinayətdir

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva  - Sputnik Azərbaycan
Abunə olmaq
“Müharibə cinayətinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi və bu cinayəti törədən şəxslər mütləq şəkildə cavab verməlidirlər”.

BAKI, 17 oktyabr - Sputnik. “Ermənistan mülki əhaliyə qarşı hücumlarını davam etdirir. Belə ki, erməni silahlı qüvvələri 17 oktyabr 2020-ci il tarixində gecə saatlarında Gəncə şəhərində yerləşən əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinə yenidən raket zərbəsi endirib. Hücum nəticəsində ilkin məlumatlara görə 3-ü uşaq olmaqla, 6 nəfər həlak olub, 34 nəfər isə yaralanıb”.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.

Səbinə Əliyeva qeyd edilib ki, bu, hərbi cinayətdir və 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın,Uşaq hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarının kobud şəkildə pozulmasıdır: “Müharibə cinayətinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi və bu cinayəti törədən şəxslər mütləq şəkildə cavab verməlidirlər”.

Xəbər lenti
0