SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Türk dünyasının birləşməsi istiqamətində böyük səylər göstərəcəyik"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Star" neft emalı zavodunun açılış mərasimində. İzmir, 19 oktyabr 2018-ci il
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Star neft emalı zavodunun açılış mərasimində. İzmir, 19 oktyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Türkiyəli həmkarı haqqında: "O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı, ucaltdı, ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı".

BAKI, 16 oktyabr - Sputnik. Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində səsləndirib.

Rəcəb Tayyib Ərdoğanın Türkiyə üçün çox böyük işlər gördüyünü vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bunu Azərbaycanda hər kəs bilir.

"Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün də mən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra da müvəffəqiyyətlər diləmək istəyirəm. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik".

Xəbər lenti
0