15:02 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
99 0 0

XİN: Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil.

BAKI, 16 oktyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Katibi Maykl Pompeonun açıqlamasına etiraz edib.

Sputnik Azərbaycan-a XİN-in Mətbuat xidməti idarəsindən verilən açıqlamada deyilir ki, ABŞ-ın Dövlət Katibi Maykl Pompeo bu ilin 15 oktyabr tarixində “WSB Atlanta” televiziya kanalında Erik Erikson Şou verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

“Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil. Bu fikirlər, həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Mayk Pompeo üçüncü ölkələri qondarma "DQR"-ə müdaxilədən çəkinməyə çağırıb.Onun fikrincə, əks təqdirdə, vəziyyət daha da ağırlaşacaq. Pompeonun sözlərinə görə, Vaşinqton "Türkiyənin Azərbaycan Ordusunun təchizatına kömək etdiyini bilir".

Əsas mövzular