08:34 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (742)
96 0 0

Həmsədrlər tərəfləri meyitlərin, hərbi əsirlərin və saxlanılanların dəyişdirilməsinə şərait yaratmaq üçün təcili olaraq humanitar atəşkəsi tətbiq etməyə çağırıblar və təcili olaraq atəşkəs mexanizminin razılaşdırılması üçün tərəflərə müraciət ediblər.

BAKI, 13 oktyabr — Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endryu Şefer (ABŞ) birgə bəyanat yayıblar.

Sputnik Azərbaycan ATƏT-in saytına istinadən xəbər verir ki, həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı bölgədə fəlakətli nəticələrin qarşısını almaq üçün 10 oktyabrda Moskvada təsdiqlənən razılaşmaya əsasən, tərəflərin öhdəliklərini tam şəkildə icra etmək üçün təcili addımlar atmağa çağırıb.

Həmsədrlər mülki itkilərin bütün hallarda qəbuledilməz olduğunu bir daha vurğulayıb.

Həmsədrlər tərəfləri meyitlərin, hərbi əsirlərin və saxlanılanların dəyişdirilməsinə şərait yaratmaq üçün təcili olaraq humanitar atəşkəsi tətbiq etməyə çağırıblar və təcili olaraq atəşkəs mexanizminin razılaşdırılması üçün tərəflərə müraciət ediblər.

Həmsədrlər qeyd ediblər ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla danışıqlardan sonra münaqişənin siyasi həll prosesinin əsas müddəaları üzərində tərəflərlə birgə işləyirlər.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (742)

Əsas mövzular