05:30 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (596)
6301

Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu vurğulayıb.

BAKI, 11 oktyabr - Sputnik. Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə  ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Ceyhun Bayramov azərbaycanlı mülki şəxslərin və obyektlərin humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra da Ermənistan tərəfindən qəsdən atəşə tutulduğu barədə qarşı tərəfi məlumatdırıb. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını və nəticədə mülki insanların həlak olduğu və yaralandığını qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu vurğulayıb.

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti yaranmış vəziyyətdən təəssüf hissi keçirdiyini bildirmiş və atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb. Tərəfləri əldə edilmiş Moskva razılaşmasının şərtlərinə riayət etməyə çağıran fransalı həmsədr, ən qısa zamanda tərəflərin siyasi dialoqa qayıtması üçün təkliflərlə çıxış edəcəklərini qeyd edib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (596)

Əlaqədar

Ceyhun Bayramov: "Ermənistanın atəşkəs çağırışları riyakarlıqdan başqa bir şey deyil"
Atəşkəsi Ermənistan pozur, Avropa İttifaqı hər iki tərəfə səslənir
Azərbaycan XİN başçısı İqor Popovu Ermənistanın atəşkəsi pozması barədə məlumatlandırdı
Mərmilər ölülərimizə də çatdı: Tərtər qəbristanlığını bombalar alt-üst etdi – VİDEO
“Ermənistan yalvarıb, atəşkəsə çağırışlar edirdi, bunun ardınca Gəncəni atəşə tutub”
Teqlər:
Ceyhun Bayramov, Gəncə, erməni təxribatı, Minsk Qrupu, Azərbaycan XİN, Atəşkəsin pozulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular