04:41 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (625)
72 0 0

"Bütün zəruri olan beynəlxalq və daxili hüquq normalarından istifadə etməklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin dəhşətli, insanlıq əleyhinə, bəşəriyyət əleyhinə törətdikləri cinayətə görə məsuliyyətə cəlb edilməsi təmin ediləcək"

BAKI, 11 oktyabr — Sputnik. “Gecə saat 02 radələrində Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə yenidən Azərbaycan dövlətinə qarşı çox ağır cinayət, terror aktı törədilib”.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu bu gün Gəncədə keçirilən mətbuat konfransında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

O qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə müharibə ərazisinə aid olmayan, döyüş bölgəsindən 100 km uzaqlıqda olan, yarım milyon əhalisi olan Gəncə şəhəri raket atəşinə tutulub: “İndiki məlumata görə, 9 mülki şəxs həlak olub, 30-dan çox şəxs yaralanıb, habelə mülki obyektlərə və yaşayış binalarına ziyan dəyib. Hazırda mütəxəssislər tərəfindən dəqiqləşdirmələr aparılır. Baş Prokuror kimi mənim tərəfimdən Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə müharibə cinayətləri və terror aktı ilə bağlı cinayət işi başlanılıb. Hazırda hadisə yerində istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Baş Prokuror kimi sizi əmin edirəm ki, tərəfimizdən olan bütün zəruri olan beynəlxalq və daxili hüquq normalarından istifadə etməklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin dəhşətli, insanlıq əleyhinə, bəşəriyyət əleyhinə törətdikləri cinayətə görə məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir”.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (625)

Əlaqədar

Azərbaycan legitim hərbi hədəflərə qarşı zəruri tədbirlər görmək hüququnu özündə saxlayır
İlham Əliyev: "Biz axıra qədər gedəcəyik. Biz dayanmamışıq"
“Ermənistan yalvarıb, atəşkəsə çağırışlar edirdi, bunun ardınca Gəncəni atəşə tutub”
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan humanitar atəşkəs rejiminə əməl etmir
Azərbaycanın 41 dinc sakini Ermənistanın hücumu nəticəsində həlak olub
Teqlər:
cinayət işi, Baş prokuror, ölənlər və yaralılar, raket zərbələri, dinc sakinlər, yaşayış evləri, terror, Gəncə, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular