SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya balansı gözlədi - Ceyhun Bayramov

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidВид на Кремль в центре Москвы, фото из архива
Вид на Кремль в центре Москвы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan XİN: Son 10 gün ərzində Rusiya tərəfindən Azərbaycan və Ermənistana balanslaşdırılmış münasibətin şahidi olduq, neytral mövqe qorunub saxlandı.

BAKI, 10 oktyabr — Sputnik. Rusiya həm hərbi əməliyyatların gedişində, həm də humanitar atəşkəslə bağlı danışıqlar zamanı balansı qoruyub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupunun həmsədr ölkələnin son proseslərə yanaşmasını şərh edərkən bildirib.

O, qeyd edib ki, Azərbaycan tərəfi Fransanın birtərəfli, qərəzli şəkildə Ermənistanı dəstəkləməsinə öz mövqeyini bildirib: "Bu kimi hallara mövqeyimizi bildirməli, dialoqdan qaçmamalıyıq. Ədalətli sözü çatdırmaq nə qədər çətin olsa da, buna nail olmaq mümkündür".

Xarici İşlər naziri Rusiyanın prosesə münasibətini şərh edərkən deyib:

"Rusiya Azərbaycana qonşu ölkədir. Bu ölkə ilə strateji münasibətlərimiz var. Son 10 gün ərzində Rusiya tərəfindən Azərbaycan və Ermənistana balanslaşdırılmış münasibətin şahidi olduq, neytral mövqe qorunub saxlandı. Rusiya münaqişənin qısa müddətdə dayandırılması çağırışları edir və biz bunu normal qəbul edirik".

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə sözügedən brifinqdə məsələyə münasibət bildirərkən deyib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən 30 il ərzində nəticə əldə olunmayıb:

"Həmsədr ölkələr də bundan narahatdırlarsa, iş metodlarına yenidən baxmalıdırlar. Fəaliyyət BMT qətnamələri əsasında, konkret vaxt çərçivəsi əsas götürərək qurularsa, nəticə olar. Minsk Qrupunun bütün ölkələri fəal olmalıdır. Azərbaycan həmişə müraciət edib ki, Minsk Qrupunda iştirak edən Avropa ölkələri də mövqelərini bildirsinlər. Ermənistana vaxtında adekvat cavab verilməməsi də bugünkü gərgin vəziyyətin səbəblərindən biri olub".

Xəbər lenti
0