QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyə artıq masadadır - Prezidentin köməkçisi

© AFP 2023 / JOHN MACDOUGALLТурецкий флаг развевается перед посольством Турции в Берлине
Турецкий флаг развевается перед посольством Турции в Берлине - Sputnik Azərbaycan
Abunə olmaq
Hikmət Hacıyev: "İstər Minsk Qrupu formatı, istərsə də digər formatlarda qardaş Türkiyənin region dövləti kimi yaxından iştirakı gözlənilir".

BAKI, 10 oktyabr — Sputnik. "Qardaş Türkiyə artıq masadadır, Minsk Qrupunun üzvüdür. Türkiyə eyni zamanda regionun qonşu ölkəsidir"

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində proseslərin başlamasının ilk günündən yaxından iştirak etdiyini vurğulayan Prezidentin köməkçisi deyib ki, yaranmış indiki reallıqda biz qardaş Türkiyədən daha böyük əzmlə proseslərdə aktiv iştirak etməsini gözləyirik.

"Cənubi Qafqazda baş verən proseslər qardaş Türkiyəni də narahat edir, o, bu istiqamətdə səylərini davam etdirir. İstər Minsk Qrupu formatı, istərsə də Minsk qrupu formatını dəstəkləyəcək digər formatlar çərçivəsində qardaş Türkiyənin region dövləti və söz sahibi olan bir ölkə kimi bu prosesdə yaxından iştirakı gözlənilir. Əminik ki, Türkiyə də bu prosesə əsaslı töhfəsini verəcək", - deyə Hacıyev bildirib.

"O qeyd edib ki, nəhayət, regionda davamlı sülh və təhlükəsizlik təmin olunmalı, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə çıxmalıdır:

"Bu, bütün region dövlətlərinin marağında olan məsələdir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi barədə reallığı anlamalıdır. Təəssüf ki, bu günə qədər bunu anlamır".

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan atəşkəsi pozmaqda davam edərsə, Azərbaycan cavab verəcək - Hikmət Hacıyev

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Xəbər lenti
0