01:01 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
296 0 0

İran Prezidenti Həsən Ruhani Rusiya Prezidenti Vladimir Putinlə Qarabağdakı son vəziyyəti müzakirə ediblər.

BAKI, 10 oktyabr — Sputnik. İran Prezidenti Həsən Ruhani Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, onlar Qarabağdakı son vəziyyəti müzakirə ediblər.

"İran prezidenti Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli məsləhətləşmələrinin nəticələrinə görə humanitar məqsədlər üçün atəşkəsə dair əldə edilmiş razılaşmalara, həmçinin sülh nizamlanmasına nail olmaq üçün substantiv danışıqların başlanmasına dəstəyini ifadə edib", – məlumatda bildirilir.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Xatırladaq ki, bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Əsas mövzular