05:03 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
7610

Azərbaycan Prezidenti: "Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik".

BAKI, 8 oktyabr — Sputnik. Ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz "Twitter" səhifəsində yazıb.

"Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır. Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə, münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk. Bax, nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaqlar. Dünya gözümüzün qabağında dəyişir. Biz bunu əsas götürməliyik. Bu gün münaqişənin fəal fazaya keçdiyi və kimin nizamlama potensialına malik olması aşkar görünür", - deyə İlham Əliyev yazıb.

Əlaqədar

İlham Əliyev: "Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir və hər kəsə yalvarırlar"
Sonuncu şərt: İlham Əliyev Paşinyandan son tarix barədə qrafik istədi
İlham Əliyev: "Atəşkəs məsələsi müzakirə mövzusu ola bilməz"
İlham Əliyev: "Azərbaycanlılar hüquqa görə onlara məxsus olan torpaqlara qayıtmalıdırlar"

Əsas mövzular