04:46 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
43 0 0

Türkiyə Prezidenti deyib ki, Ermənistanın bu yanaşması belə bölgədə genişmiqyaslı müharibə zonası yaratmaq istəməsinin göstərcisidir.

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycanın Ermənistanın oğurluqla işğal etdiyi torpaqları bir-bir geri alır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin "Peninsula" nəşrinə müsahibəsində bildirib.

Türkiyə Prezidenti deyib:

"Ermənistanın qətliam həyata keçirdiyi Qarabağ başda olmaqla Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi 30 ildir ki, davam edir. Beynəlxalq birliyin bu qətliam və işğallara illərdir səssiz qalmasından cəsarət alan Ermənistan mülki əhaliyə yönələn yeni hücumlarını davam etdirir. Azərbaycan da buna görə işğal altında olan torpaqlarını azad etmək üçün əməliyyatlara başladı və indi də Ermənistanın quldurcasına əlində tutduğu bölgələri bir-bir geri alır". 

Ərdoğan qeyd edib ki, Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da "bir millət, iki dövlət" düsturu içərisində haqlı mübarizəsində Azərbaycan dövlətinin, xalqının yanındadır:

"Azərbaycanlı qardaşlarımıza dəstəyimizi bütün imkanlarımızla davam etdirəcəyik. Qarabağ məsələsi son 30 ildir Cənubi Qafqazın ən önəmli böhranıdır. Bu münaqişənin davamlı şəkildə həlli üçün BMT qərarlarına əməl olunması və beynəlxalq birliyin lazım olanı etməsi lazımdır. Türk millətinə qarşı hər fürsətdə aqressiv və düşmən mövqe sərgiləməkdən geri qalmayan Ermənistan, bölgədə sülhün, hüzurun önündə ən böyük əngəldir. Ermənistanın son işğal təşəbbüsündə aldığı ağır məğlubiyyətlərin ardından Türkiyənin də münaqişənin içərisində olmasını göstərməyə dair cəhdləri yaşadığı çarəsizliyin isbatıdır.

Ermənistanın bu yanaşması bölgədə genişmiqyaslı müharibə zonası yaratmaq istəməsinin göstəricisidir. Son yaşananlar kimin gerçəkdən sülh tərəfdarı olduğunu göstərir. Beynəlxalq birlik bu gerçəyi görərək illərdir tətbiq etdiyi ikili standartdan imtina etməli və Ermənistanın Azərbaycan torpaqlarında işğalını sonlandırma istiqamətində addım atmalıdır".

Teqlər:
Azərbaycan, Ermənistan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan

Əsas mövzular