16:05 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
60 0 0

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov: "Münaqişə ilə bağlı yaranmış vəziyyətin kökündə onun indiyədək həll olunmaması durur"

BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında təkbətək görüş keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" hesabında bildirilib.

"Azərbaycan hökuməti beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə uyğun olaraq müvafiq addımlar atır və öz vətəndaşlarını qorumaq üçün əks-hücumlar həyata keçirir". 

Bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 6-da Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib. 

"Münaqişə ilə bağlı yaranmış vəziyyətin kökündə onun indiyədək həll olunmaması durur", - deyə nazir vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri bu gün başlayıb.

Çavuşoğlu Bakıya gəlişini "Twitter" hesabında belə şərh edib: "Can Azərbaycandakı qardaşlarımıza dövlətimizin və millətimizin dəstəyini və həmrəyliyini nümayiş etdirmək üçün Bakıdayıq".

Əlaqədar

Mövlud Çavuşoğlu artıq Bakıdadır: Qarabağın taleyi müzakirə ediləcək
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib

Əsas mövzular