03:21 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (533)
75 0 0

İlk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması istiqamətində səylər səfərbərlər olunmalıdır ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulsun - Hikmət Hacıyev

BAKI, 3 oktyabr — Sputnik. "Vasitəçilik missiyasını həyata keçirən dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Prezidenti Emmanuel Makronun son açıqlamalarına münasibət bildirərkən deyib.

H.Haciyev bildirib ki, birtərəfli açıqlamaların verilməsi danışıqlar prosesinə və vasitəçilik missiyasına xələl gətirə biləcək haldır:

“Danışıqlar missiyasının mahiyyəti olduğu kimi qalır. Əvvəl Xarici İşlər nazirləri səviyyəsində müəyyən görüşlərin keçirilməsi barədə təkliflər vardı ki, Azərbaycan tərəfi də bu və digər məsələlərə baxa bilər.

Amma ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması istiqamətində səylər səfərbərlər olunmalıdır ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulsun və hərbi işğala əsaslanan status-kvo nəticə etibarı ilə sonluğa gətirilsin”.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (533)

Əlaqədar

Hikmət Hacıyev: "Azərbaycan sülhəməcburetmə əməliyyatını davam etdirir"
General-mayor: "Əsgərlərimizin döyüş ruhu və qələbə əzmi kifayət qədər yüksəkdir"
Rəsmi Bakı: Azərbaycan xalqı bu riyakar siyasəti heç vaxt unutmayacaq
Makron Azərbaycan Prezidentinə zəng etdi
Dünyanın aparıcı KİV-ləri Azərbaycana dəvət edildi

Əsas mövzular