07:43 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
48 0 0

İran nümayəndəsi həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət edilməsinin, mülki əhalinin müdafiəsi prinsipinin, qarşıdurmanın dayandırılaraq ciddi və pölanlaşdırılmış danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb

 

BAKI, 3 oktyabr — Sputnik. İranın Xarici işlər nazirinin mətbuat katibi Səid Xətibzadə Dağlıq Qarabağda münaqişə edən tərəflərə xəbərdar edib ki, İran ərazisini pozmasınlar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat İran XİN-in rəsmi səhifəsində yayımlanıb.

Azərbaycanla Ermənistan arasında davam edən münaqişə fonunda İranın sərhədinin pozulması barədə jurnalistlərin sualını cavablandıran Xətibzadə deyib: “İran öz ölkəsinin sərhəd rayonlarında yerdəyişmələri böyük ehtiyatla izləyir”.

O qeyd edib ki, istənilən müharibə edən ölkənin İran torpağına müdaxiləsi “yolverilməzdir”. “Bu münasibətdə bütün tərəfləri ehtiyat tədbirləri görmələri üçün ciddi xəbərdar edirik”, - XİN rəsmisi söyləyib.

İran nümayəndəsi həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət edilməsinin, mülki əhalinin müdafiəsi prinsipinin, qarşıdurmanın dayandırılaraq ciddi və pölanlaşdırılmış danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bu məqsədlərə çatmaq üçün Xətibzadə İranın kömək göstərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb. Oktyabrın 2-də isə Azərbaycan ordusu Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və hazırda bu məntəqəni nəzarətdə saxlayır.

Əlaqədar

Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə telefonla danışıb
XİN: Ermənistanın bütün iddialarını qətiyyətlə rədd edirik
Türkiyə Ermənistanı seçim etməyə çağırdı: Ya sülh, ya da müharibə
Ukrayna Azərbaycana hərbi yardım göstərməyə hazırdır
Azərbaycana daha bir dəstək Malayziyadan gəldi
Teqlər:
ərazi bütövlüyü prinsipi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan, Azərbaycan, İran

Əsas mövzular