QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanlı müğənninin həyat yoldaşı hərbi xidmətə yola düşüb

© AFP 2023 / TOFIK BABAYEVОтправка резервистов на фронт
Отправка резервистов на фронт - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni həyat yoldaşının döyüş yoldaşları ilə olan selfisini özünün "Instagram" səhifəsində paylaşıb - "Dünyanın ən gözəl selfisi"

BAKI, 3 oktyabr — Sputnik. Azərbaycanlı müğənni Zemfira İbrahimovanın idmançı həyat yoldaşı Anar Heydərov da torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə yollanıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni həyat yoldaşının döyüş yoldaşları ilə olan selfisini özünün "Instagram" səhifəsində paylaşaraq bu sözləri yazıb: "Dünyanın ən gözəl selfisi. Allah sizi qorusun! Azərbaycan bayrağı ilə bəzəyək hər yeri".

Qeyd edək ki, sosial şəbəkələrdə Anar Heydərovun əsgərlərimizlə yayılan fotosu izləyicilərin marağına səbəb olub. Hər kəs fotoya xoş sözlər yazaraq sağ-salamat qayıtmağı arzu edib.

Xəbər lenti
0