SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN Şəmkir və Bərdəyə hücumlar barədə: Ermənistanın həmlələrinə adekvat cavab verəcəyik

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Ordusu beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin həmlələrinə adekvat cavab verəcək

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən Azərbaycanın Şəmkir və Bərdə rayonlarının atəşə tutulması ilə bağlı açıqlama yayıb.

XİN-in Mətbuat Xidməti İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsasən, 2 oktyabr 2020-ci il tarixində günorta saatlarından etibarən Ermənistan ərazisindən Azərbaycanın Şəmkir rayonunun Sabirkənd kəndi raket atəşinə, Tovuz rayonunun Ağdam kəndi isə artilleriya atəşinə tutulur:

"Ermənistan silahlı qüvvələri, həmçinin işğal olunmuş ərazilərimizdən Bərdə rayonunun Əmirli və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutur. Mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarını, eləcə də bu xüsusda üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozur. Təcavüz siyasətini davam etdirən Ermənistan, ölkə rəsmilərinin bəyan etdiyi kimi "yeni ərazilər əldə etmək üçün yeni müharibə" taktikasını həyata keçirməyə çalışır".

XİN həmçinin bildirib ki, Azərbaycan Ordusu beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin həmlələrinə adekvat cavab verəcək.

"Bir daha bəyan edirik ki, yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti
0