22:24 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
183 0 0

Kreml hesab edir ki, münaqişə tərəflərindən – Azərbaycan və ya Ermənistana mümkün hərbi dəstək barədə istənilən bəyanat gərginliyin daha da artmasına təhrik edir

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov üçüncü ölkələrin Qarabağ münaqişəsində mümkün iştirakını şərh edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Kreml hesab edir ki, münaqişə tərəflərindən – Azərbaycan və ya Ermənistana mümkün hərbi dəstək barədə istənilən bəyanat gərginliyin daha da artmasına təhrik edir. Düşünürük ki, hazırda bu cür bəyanatlar olduqca təhlükəlidir. Biz hesab edirik ki, bu qarşıdurmada üçüncü ölkələrin istənilən iştirakı son dərəcədə mənfi nəticələrə səbəb ola bilər ", - deyə Peskov qeyd edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

Əsas mövzular