16:48 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
614 0 0

Tərəflər ənənəvi olaraq ikitərəfli əlaqələri, ticari-iqtisadi sahədə əməkdaşlığı və digər aktual məsələləri müzakirə edib. Hər iki telefon danışığının əsas mövzusu Dağlıq Qarabağdakı vəziyyət olub

BAKI, 1 oktyabr — Sputnik. Oktyabrın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, Belarus Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb.

Dövlətimizin başçısı məlumat verərək bildirib ki, Ermənistanın sentyabrın 27-də səhər saatlarında başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli ağır artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində bu günə kimi hərbi qulluqçularımız, 17 mülki şəxs həlak olub, 50-dən çox mülki şəxs yaralanıb, 200-dən çox ev dağıdılıb. Buna cavab olaraq Azərbaycan tərəfi əks-hücum əməliyyatlarını həyata keçirir.

Prezident İlham Əliyev qeyd edib ki, artıq Ermənistan ərazisindən də Azərbaycan mövqeləri atəşə tutulur ki, bu da qəti şəkildə yolverilməzdir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Prezident İlham Əliyev onu da bildirib ki, Ermənistan tərəfi şüurlu şəkildə danışıqlar prosesini pozur və Ermənistan hərbi təxribatlara rəvac verməklə yanaşı, danışıqlar prosesinə də böyük zərbə vurur.

Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan Baş naziri Nikol Paşinyanla da telefonla danışarıq Qarabağdakı vəziyyəti müzakirə edib. Bu barədə "RİA Novosti" xəbər yayıb.

Əsas mövzular