00:17 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
170030

İran diplomatiyası çox tez-tez öz mövqeyini və yanaşmasını birbaşa yox, dolayı yolla – məsələn məktublar vasitəsilə edir.

BAKI, 25 sentyabr — Sputnik. "İran diplomatiyası heç vaxt heç nəyi təsadüfən və elə belə etmir. Ona görə də ölkəmiz, İran Prezidenti Həsən Ruhani tərəfindən Baş Nazir Nikol Paşinyana Ermənistanın müstəqillik günü ilə bağlı göndərdiyi təbrik məktubundan nəticələr çıxarmalıdır".

Sputnik Ermənistan xəbər verir ki, bunu şərqşünas, Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan bildirib.

Qeyd edək ki, Ruhani Paşinyana göndərdiyi təbrik teleqramında ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edib. Maraqlı fakt budur ki, İran tərəfinin təbrik mesajı Ermənistanın müstəqillik günü yox, ondan düz 3 gün sonra Yerevana çatıb.

Sputnik Ermənistan məlumatı dəqiqləşdirmək üçün Paşinyanın mətbuat xidməti ilə əlaqə saxlayıb. Oradan bildirilib ki, doğurdan da İran tərəfinin məktubu sentyabrın 24-ü gəlib, lakin bunda heç bir mətnaltı məna axtarmaq lazım deyil.

Lakin erməni şərqşünas Voskanyan bu fikirdə deyil. Sputnik Ermənistan-a açıqlamasında o qeyd edib ki, İran diplomatiyası çox tez-tez öz mövqeyini və yanaşmasını birbaşa yox, dolayı yolla – məsələn məktublar vasitəsilə edir.

Voskanyan deyib:

"Bu diplomatiyaya, xüsusi ilə İran diplomatiyasına xas xüsusiyyətdir. Bu iki ölkənin münasibətlərində ortaya çıxan mümkün problemlər və maneələrin göstəricisidir".

Ekspert bunu Ermənistanın İsraillə əlaqələri dərinləşdirmək cəhdləri, xüsusi ilə Təl-Əvivdə bu ölkənin səfirliyinin açması ilə bağlı olduğunu qeyd edib. Voskanyan bunun İran tərəfinin narahatlığı ilə də izah oluna biləcəyini deyib.

Vardan Voskanyan qeyd edib ki, dostluq əlaqələri həm Tehran, həm də Yerevan üçün önəmlidir.

Əsas mövzular